First slide

SON DƏQIQƏ! Xankəndidə silahlı ÇEVRİLİŞ: Yüksək vəzifəli hərbçilər hərəkətə KEÇDİ - atışma getdiyi bildirilir

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan  öz ərazisində belə silahlı “oyunlara” dözməyəcək və sərt reaksiya veriləcək…

Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasında vəziyyət qızışır və Xankəndində baş verən növbəti silahlı insident buna sübutdur. Baş vermiş hadisə rəsmi təqdimatda adi məişət hadisəsi kimi görünür. Gənclər 60 yaşlı kişi ilə parkinq yerinə görə mübahisə ediblər. Kişi isə maşınından pulemyot çıxararaq atəş açıb. Lakin sonra məlum olub ki, atəşi  Qarabağdakı erməni işğalçı korpusunun komandirinin keçmiş müavini, ehtiyatda olan general Samvel Karapetyan açıb.

İrəvandakı mənbələrin məlumatına görə, məhz Karapetyan 2008-ci ildə İrəvanda Serj Sərkisyanın prezident seçkilərində “qələbəsinə” etiraz mitinqləri tüğyan edən zaman öz dəstəsi ilə Ermənistanın paytaxtına gəlib, zirzəmidə məskunlaşıb. Məhz onun döyüşçüləri 2008-ci il martın 1-də etirazçılara atəş açıb. O, 44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Onik Qasparyanın Nikol Paşinyana qarşı çıxmasını da  dəstəklədi.

Samvel Karapetyanın səhnəyə budəfəki pulemyotlu çıxışı Qarabağdakı erməni quldur birləşmələrinin tədricən nəzarətdən çıxdığını göstərir.  Üstəlik, iki həftədir ki, İrəvan küçələrində toplaşan, lakin hələ də nəinki Nikol Paşinyanın gücünü sarsıda, hətta təsirli küçə aksiyaları da həyata keçirdə bilməyən qisasçılar onlardan fəal şəkildə öz oyunlarında istifadə edirlər. 

Xankəndi Qarabağ klanının “təbii qalasıdır” və revanşistlərin burada İrəvandan qat-qat artıq dəstəyə ümid bəsləmələri səbəbsiz deyil. Ən birinci də, o “silahlı adamlar” tərəfdən. Onların planlarında silahlıların Xankəndindən İrəvana yürüşünün olub-olmadığını  təxmin etmək olar, lakin daha məntiqli və gözlənilən ssenari Xankəndinin özündə “çevriliş cəhdidir”. Ssenari və model tanış gəlir: 1988-ci ildə DQMV-nin keçmiş rəhbəri, Azərbaycan Kommunist Partiyası yerli vilayət komitəsinin birinci katibi Kevorkov hakimiyyətdən “kənarlaşdırıldı”; ermənilərin Qarabağa iddialarının ilkin mərhələsində hadisələr təxminən belə cərəyan etdi və o zaman Robert Köçəryanın bütün rəqibləri səhnədən uzaqlaşdırıldı. Sonrakı mərhələdə eyni metodologiya –  sui-qəsd və bir sıra siyasi təzyiqlər nəticəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan devrildi, onun Azərbaycanla sülhə getmək çağırışı bağışlanmadı – bütün bu proseslərin başında isə Robert Köçəryan və sonradan ona qoşulan Serj Sərkisyan dayanıb. İndi isə Paşinyanı eyni rahatlıqla “yıxmaq” mümkün olmayanda, intiqamçılar, təbii ki, ilk il üçün Xankəndində “öz hakimiyyətlərini qurmağa” cəhd edə bilərlər. Azərbaycan isə öz ərazisində belə silahlı “oyunlara” dözməyəcək, ona görə də Qarabağda silahlı üsyana istənilən cəhdə son dərəcə sərt reaksiya veriləcək. Ölkəmizdə bunun üçün bütün hüquqi əsaslar, potensial, daha çox siyasi iradə var. Deməli, “çevrilişlərin və üsyanların özəyindəki” təşkilatçılar əmin ola bilərlər ki, bu, onlar üçün çox pis bitəcək…

AĞ Partiya başqanı Tural Abbaslı rəsmi Bakını qəti addımlar atmağa çağırdı:

“İstər Ermənistanda, istərsə də Xankəndində Azərbaycan ərazilərində son dönəmlərdə baş verən hadisələr narahatlıqla izlənilir.  Azərbaycan hər iki yerdə baş verən proseslərə biganə qala bilməz. İstər İrəvanın küçələrində, istərsə də Xankəndində, yaxud Xocalı, Xocavənd, Ağdərədə baş verən hadisələr birbaşa Azərbaycan Respublikasının təhlükəsizliyi ilə bağlıdır. Düzdür, İrəvanda baş verən hadisələr Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnən deyil. Sübut olunub ki, erməni baş nazir revanşistlərdən, qisasçılardan daha güclüdür. Ona görə keçirilən bu aksiyalar o qədər də effekt vermir. Amma hər halda, xaos görüntüsü var. Bu da diqqətlə analiz olunmalıdır. Azərbaycan Ermənistanda baş verə biləcək hər hansı xaotik proseslərə hazır olmalıdır və istər hərbi, istər iqtisadi, istərsə də siyasi müstəvidə addımlar atmaq üçün planları olmalıdır. Çünki tutaq ki, səhəri gün Paşinyan iqtidardan devrildi və onun yerinə daha revanşist, radikal qüvvələr gəldi, o zaman Azərbaycanın nə edəcəyi barədə planlar indidən hazırlanmalıdır. Artıq əvvəlki iqtidarla aparılan danışıqları, yaxud əldə olunan razılıqları tanımayan bir iqtidar rəhbərliyə gələrsə, Azərbaycan bundan öncəki bütün razılaşmalardan imtina edib qaldığı yerdən davam etməlidir, yəni müharibə qaldığı yerdən. Sərhədlərin demakrasiya və delimitasiyası məsələsində ordusunun gücünə güvənməlidir. Xankəndində baş verən hadisələr birbaşa Azərbaycanın yuristikasına daxildir. İstər Xankəndi, istər Xocalı, Xocavənd, istərsə də, Ağdərə əraziləri dünya tərəfindən Azərbaycanın tanınmış əraziləridir. Bu ərazilərdə baş verən istənilən hadisəyə Azərbaycan hüquq-mühafizə orqanları cavabdehdir. Bu baxımdan səbəb nə olursa-olsun, Xankəndinin küçələrində insanlar bir-birilərinə atəş açırlarsa, buna birbaşa Azərbaycan dövləti, hüquq-mühafizə orqanları müdaxilə etməlidir. Çünki həmin Karapetyanın güllələdiyi gənclər Azərbaycan vətəndaşları ola bilərlər. Bəlkə də elə doğrudan da vətəndaşlarımızdır. Biz deyirik ki, keçmiş Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biri əlinə avtomat alıb insanları güllələyir. Bu bir daha onu göstərir ki, rus sülhməramlıları öz işlərinin öhdəsindən gəlmirlər. Nəinki erməni və Azərbaycan icmaları arasında sabitliyi qoruya bilmirlər, hətta ermənilərin öz arasındakı sabitliyi belə qoruya bilmirlər. Azərbaycan rusların yaşadıqları o yerlərdə sabitliyi təmin etməlidir. O ərazilərin defakto idarəçiliyi terrorçulardan alınmalıdır, eyni zamanda daha radikal olanların əlinə keçməsinə imkan verilməlidir. Hətta separatçı rejimin ”lideri” Araik Arutyunyanın vaxt itirilmədən rəhbərliyinə son qoyulmalıdır. Heç bir ölkə dözməz ki, onun ərazisinin hansısa bir hissəsində onun yuristikasiyası işləməsin, onun hüquq-mühafizə orqanları ora müdaxilə edə bilməsin, orada xaotik, özbaşına bir rejim yaranmasın. Artıq İrəvanda baş verənlərin Azərbaycan ərazilərinə keçməsinin qarşısını almaq üçün Azərbaycan Ordusu gücündən istifadə etməlidir. Ordumuz Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə girməlidir. Burada heç bir halda rus sülhməramlılarının fəaliyyətinə maneçilik törətmə kimi hal yoxdur. Rus sülhməramlılarının zatən oradakı işləri Azərbaycan və erməni icmaları arasında sabitliyi təmin etməkdir. Azərbaycan Ordusu ora ona görə daxil  olmalıdır ki, nizam-intizam qursun, dövlət suverenliyini təmin etsin. Suverenlik təmin ediləndən sonra belə rus sülhməramlıları qoyulan müddət ərzində oradakı missiyalarını həyata keçirə bilərlər. Görünən odur ki, bu sülhməramlılar missiyalarını yerinə yetirə bilmirlər. Əgər yerinə yetirmiş olsaydılar, necə ola bilər ki, Xankəndinin düz mərkəzində belə bir atışma olsun. Azərbaycan hökumətini qətiyyətli addımlar atmağa çağırırıq və bunu gözləyirik”.

Politoloq Züriyə Qarayeva isə antiterror əməliyyatlarını labüd sayır: “Xankəndində baş verən təxribatlar ilk hal deyil. Sonuncu Brüssel görüşündən sonra Azərbaycan tərəfindən sülh gündəliyinin təqdim edilməsi və Ermənistanın 5 təməl prinsipi qəbul etdiyini Paşinyanın elan etməsindən sonra İrəvanda və Qarabağda təxribatlar artıq fərqli yön almağa başlayıb. İstər xaricdən maliyyələşən revanşist qruplaşmanın yaratdığı iğtişaşlar, istərsə də Xankəndində baş verənlər Ermənistanı sülh gündəliyindən uzaq salmağa çalışır. Hesab edirəm ki, hər iki cəbhənin təşkilatlanmasında Rusiya əsas rol oynayır. Çünki sülh quruculuğu istiqamətində əsas addım Avropada atıldığı üçün müqavilənin imzalanmasına aparan vasitələr sabotaj olunmağa çalışılır. İstənilən halda antiterror əməliyyatları labüd görünür. Çünki Paşinyan iğtişaşların öhdəsindən gəlsə belə, separatçıları yönləndirmə imkanları yoxdur. O baxımdan üçtərəfli 10 noyabr bəyanatının 4-cü bəndinin icra olunması, hesab edirəm ki, yenidən Azərbaycan Ordusunun üzərinə düşür”.

//Yeni Müsavat

Oxşar xəbərlər
OTACI