First slide

Rusiyanın Qarabağla bağlı YENİ PLANI - Bakıya PUSQU qurdular

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bunu açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Rusiya İrəvanla Bakı arasında sülh razılığı ilə bağlı danışıqlar prosesini ləngitmək, onu uzatmaq haqda düşünür:

"Təbii ki, Rusiyanın məqsədi Cənubi Qafqazda da bu mübarizədə qeyd olunan qüvvələrlə mübarizədə qalib gəlməkdir, bu siyasəti də yürüdür. Amma bu gün Rusiyanın Cənubi Qafqazdakı təsiri əvvəlki illərə nisbətən azdır. Digər regionlarda, bölgələrdə çox ciddi münaqişə gedir və bu münaqişə imkan vermir ki, Rusiya Cənubi Qafqazda bir şəkildə bu ölkələrdə öz nüfuzunu artırmaqla məşğul olsun və yaxudd a ki, bu ölkələri öz diqtəsi ilə hərəkət etməyə məcbur etsin. Buna görə də təbii ki, Rusiya Avropanın əlindən Ermənistanla Azərbaycan arasında danışıqlarla bağlı təşəbbüsləri almaq istəyir. 

Rusiyanın bunda məqsədi də odur ki, razılaşmalarda öz maraqlarını müdafiə etsin. Bu maraqlar təbii ki, Rusiya Azərbaycanda da nüfuzunu qoruyub saxlamaq istəyir, o cümlədən Ermənistanda da. Bu maraqların əsas xətti ona gətirib çıxarır ki, Rusiya regionda yerləşdirdiyi sülhməramlıları əvvəlki kimi orada saxlaya bilsin.

Bunu saxlamaq üçün 3 yol var:

1. Azərbaycanla Ermənistan arasında olan sülh müqaviləsinin imzalanmasını ləngitmək

2. Sülh müqaviləsinin imzalanmasına mumiyyətlə imkan verməmək

3. Sülh müqaviləsinin imzalanması prosesini bu və ya digər formada uzatmaq

Rusiya bu dəqiqə sülh müqaviləsinin imzalanması prosesini uzatmağa çalışır. Rəsmi Moskvanın danışılqar prosesini ələ almaqda ən böyük əsas məqsədi elə odur ki, sülhməramlı qüvvələr Azərbaycanda qalsın. 

Bir anlığa təsəvvür edin ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanır və sülh müqaviləsi imzalanandan sonra Azərbaycanın təqdim etdiyi 5 bənddən ibarət olan tələblərdə "Dağlıq Qarabağ" terminindən ümumiyyətlə istifadə edilmir və ora Azərbaycan ərazisi kimi göstərilir, bu haqda ümumiyyətlə söhbət getmir. Amma elə məhz Rusiyanın təsiridir ki, artıq Ermənistan tərəfi əvvəllər olmadığı kimi Qarabağda gedən prosesləri də bu sülh tələblərinə daxil etməyə çalışır, təhlükəsizlik haqqında danışır və sonra "status" məsələsini ortalığa atır. Bu "status" məsələsinin ortalığa atılması Rusiyanın təsiri nəticəsində olub və məhz son zamanlar ortalığa qoyulub. 

Əgər yadınızdadırsa, həm Brüssel görüşlərində, həm ondan əvvəlki görüşlərdə Azərbaycan tərəfinin verdiyi tələbləri qəbul etdiyini qeyd edirdi və əlavə heç nə demirdi. Sadəcə Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi məsələsini qaldırır ki, bizə onların təhlükəsizliyinin təmin edilməsi üçün zəmanət verilməsi lazımdır. Təbii ki, Azərbaycan da bu zəmanəti verir. Amma Ermənistan tərəfinin son bəyanatlarında - həm Paşinyanın nitqlərində, müraciətlərində, həm də xarici işlər naziri Ararat Mirzoyanın dediklərində Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, sonda da bir sözlə də olsa vurğulayırlar ki, "status" məsələsi də paket şəklində həll olunmalıdır.

Bu, hesab edirəm ki, Rusiyanın ortalığa atdığı və danışıqlar prosesini ləngitmək, onu uzatmaq istiqamətində gördüyü işdir və Rusiya məhz bu məntiqlə yanaşır. Amma bildiyiniz kimi həm Avropada, həm də Ermənistanın özündə artıq prosesə başqa cür yanaşırlar. Onlar birdəfəlik bu məsələni həll etmək, digər müstəvidə münasibətlər qurmaq istəyirlər. Buna sadəcə Rusiya imkan vermir. Ona görə imkan vermir ki, Qarabağ məsələsinin həll olunması və Ermənistanla Azərbaycan, o cümlədən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması, əlaqələrin genişləndirilməsi və sərhədlərin delimitasiya-demarkasiyası, o cümlədən kommunikasiyaların açılması Rusiyanın mövqeyini zəiflədəcək.

Buna görə də Rusiya çalışır ki, İrəvanla Bakı arasındakı danışıqları öz nəzarəti altında Moskvada keçirsin, bu və digər vasitələrlə Ermənistana təsir etsin. Azərbaycan bu təsir mexanizmindən bir qədər uzaqdır. Azərbaycana təsir etmək üçün Moskvanın imkanları bir qədər zəifdir, ancaq Ermənistanla vəziyyət fərqlidir. Ona görə də Rusiya bu prosesi bu yolla əlində saxlamağa çalışacaq və öz diqtəsini yeritməyə çalışacaq".

//Milli.az

Oxşar xəbərlər
OTACI