Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin "müharibə allahını" vəzifəsindən azad etdi

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna prezidentinin baş müşavirlərindən biri iddia edib ki, Rusiya Baş Qərargah rəisi general Valeri Gerasimov vəzifəsindən azad edilib. Gerasimovla yanaşı bir qrup yüksək rütbəli hərbçinin də işdən çıxarılaraq həbs edildiyi bildirilir.

Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən 2 ay geridə ikən istədiyi uğuru tapa bilməyən Putin hərbi komandanlıqda dəyişikliklər edir. Ukraynadakı kəşfiyyat əməliyyatlarının məsuliyyətini Federal Təhlükəsizlik Xidmətindən (FSB) götürərək Rusiya Kəşfiyyat İdarəsinə (QRU) təhvil verən Rusiya liderinin indi də Rusiya Baş Qərargah rəisini vəzifəsindən uzaqlaşdırdığı iddia edilir. General Valeri Gerasimov.

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynanın şərqindəki cəbhələrə səfəri zamanı hədəfə alındığı və yaralandığı iddia edilib.

Keçmiş hərbi kəşfiyyat eksperti və Ukrayna prezidenti Zelenskinin yaxın çevrəsi olan Oleksiy Arestoviç Putinin Ukraynaya müdaxilədəki uğursuzluqlarda günahkar axtardığını iddia edib və buna görə də Rusiya Baş Qərargah rəisi, general Valeri Gerasimovu vəzifəsindən azad edib.

Dünən axşam Youtube proqramında danışan Arestovych, "Əldə etdiyimiz ilkin məlumata görə, Gerasimov faktiki olaraq vəzifəsindən kənarlaşdırılıb. Onlar ona işləri düzəltmək üçün vaxt verib-verməməyə qərar verirlər" deyib.

Arestoviç iddia edib ki, Qərb hərbi dairəsinin birinci tank ordusunun komandanı general-leytenant Sergey Kisel də Xarkov yaxınlığındakı məğlubiyyətdən sonra vəzifəsindən azad edilib və həbs edilib.

Arestovych, verdiyi məlumatların "ilkin məlumat" olduğunu vurğulayıb, lakin Gerasimovun bazar ertəsi Moskvada Qələbə Günü paradında iştirak etməməsi ilə bağlı iddiaları gücləndirib.

//Gundem.az

Oxşar xəbərlər
OTACI