Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Liya Axedjakova: “Putindən və Rusiyanın xəyali böyüklüyündən yorulmuşam”

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyalı aktrisa Liya Axedjakova Rusiyanın başlatdığı müharibədən bezdiyini və Ukraynanın qələbəsindən sonra tez bir zamanda bu ölkəyə gəlmək istədiyini bildirib.

“Mən bu müharibədən o qədər yorulmuşam ki, heç nəyi şərh etmək belə istəmirəm. Rusiyanın bu xəyali böyüklüyündən, “torpaqlarımız” uğrunda mübarizəsindən yorulmuşam. Mən Putindən yorulmuşam. Sülh, mehribanlıq və əmin-amanlıq istəyirəm. Mən insanları sağ, salamat və şən görmək istəyirəm”, - Axedjakova “Instagram” səhifəsində yazıb.

Bundan əlavə, aktrisa qeyd edib ki, ukraynalılar hazırda iki cəbhədə vuruşurlar:

Öz ölkələrini müdafiə edir və Putin rejimini boğulmağa və zəifləməyə məcbur edirlər.

//Oxu.az

Oxşar xəbərlər
OTACI