Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlin ilk ay tutulması nə vaxt olacaq?

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Bu barədə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Oxşar xəbərlər
OTACI