Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Evinin uçurulduğunu iddia edən şəhid anasına 3 otaqlı mənzil verilibmiş - RƏSMİ

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda şəhid anasının tikdiyi evin sökülməsi ilə bağlı məlumat yayılıb.

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurəhmanlının anası Mehriban Abdurəhmanlı bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub.

Sabunçu rayon icra başçısı Adil Vəliyev isə açıqlama verərək şəhidin anasının kiməsə himayədarlıq etdiyini, orada tamam başqa bir şəxsin obyekt tikmək istədiyini bildirib.

Eyni zamanda həmin xanıma ölkə başçısı tərəfindən mənzil hədiyyə olunduğunu qeyd edib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq.

Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Bakupost.az-a M. Abdurəhmanlıya dövlət tərəfindən mənzil verilməsini təsdiqlədi:

“Abdurəhmanlı Mehriban Səftər qızı 17.09.2021-ci il tarixində Ramana Yeni Yaşayış Kompleksində üçotaqlı mənzillə təmin olunub”.

Oxşar xəbərlər
OTACI