Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: “O əyriayaqla yazışmaları əlimdədir”

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Afət Fərmanqızı axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Press.az xəbər verir ki, oxu.az-a açıqlama verən Afət Fərmanqızı bunun sifarişli iş olduğunu vurğulayıb:

“Nə axtarışı? Bu, sifarişli işdir. Bu məhkəmənin adı Floranındır. O, məni ona görə məhkəməyə verdi ki, bunun arxasında duran qüvvə var. Mən o qüvvəni dəqiqləşdirdim. Floranın arxasında dayanan 60 yaşlı əyriayaq var. Həmin 60 yaşlı əyriayaq ilə Floranın yazışmaları, səs yazıları hamısı əlimdədir.  Necə oldu ki, 3 ildən sonra məni məhkəməyə verdi?! O, Floraya deyib ki, “sən onu məhkəməyə ver, mən onun başına oyun açdıracağam”. Mənim əlimdə onların yazışmaları var. Bu, sifarişli işdir. Yaxın vaxtlarda sosial media hesabımda bununla bağlı ətraflı məlumat verəcəyəm”.

Afət, həmçinin, hazırda Tovuzda atasının evində olduğunu qeyd edib:

“Mən Tovuzdayam, ata evimdəyəm. Məhkəməyə də bu barədə sənəd təqdim etmişəm. Hamiləyəm, gələ bilmirəm”.

Oxşar xəbərlər
OTACI