Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Etibar Mirzəyev Türkiyədə səfərdədir - FOTO

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin dəvəti ilə qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev mayın 12-də İstanbul şəhərində Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin nazir müavinləri ilə yanaşı, FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, Beynəlxalq əlaqələr idarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Cavid Zeynalzadə, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Baş idarəsinin müdiri Bəkir Karacabəy, İstanbul Regional Meşə müdiri Yusuf Şahin də iştirak ediblər.

İkitərəfli əməkdaşlığımızın dostluq və qardaşlıq əsasında davam etdiyini qeyd edən nazir müavini Etibar Mirzəyev, meşələrin yanğından mühafizəsi və meşə yanğınları ilə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması, həmçinin iki ölkənin müvafiq qurumları arasında meşə yanğınları ilə mübarizə sahəsində gələcəkdə birgə təlimlərin keçirilməsi məsələsinin müzakirə edilməsi üçün Türkiyə Respublikasında olduğundan məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir müavini Veysəl Tiryaki 2021-ci ilin iyul-avqust aylarında Türkiyədə baş vermiş genişmiqyaslı meşə yanğınları ilə mübarizə sahəsində göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş ölkə Azərbaycana minnətdarlığını bildirib. Eyni zamanda, nazir müavini ölkələrimizin aidiyyəti qurumları arasında meşə yanğınları ilə mübarizə sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün göstərilən səylərə görə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova təşəkkürünü bildirib.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İstanbul Regional Meşə Müdirliyinin Yanğın Koordinasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, Mərkəzin yanğınla mübarizə sahəsində nailiyyətləri, yeni sistemlərin tətbiqi və gələcəkdə bu sahədə görüləcək işlər barədə geniş məlumat verilib.

Oxşar xəbərlər
OTACI