Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ! Bakı şəhər BDYP paytaxt sakinlərinə müraciət ETDİ - FOTO

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhər Baş Dövlət Yol Polisi avtomobil sahiblərinə, sürücülərə və paytaxt sakinlərinə müraciət edib.

Press.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər BPİ DYPİ HTT və İQƏB-in rəisi polis polovniki Vaqif Əsədov müvafiq sənəd imzalayıb.

Müraciətdə deyilir:

"Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonunun keçirilməsi nəzərdə tutulub.Belə ki, 15 may 2022-ci il tarixdə səhər saaat 10:00-dan paytaxtın Bayraq meydanından marafona start veriləcək."Küləyə qalib gəl" şüarı altında 10 mindən çox iştirakçı 21 km-dək yürüş edəcəklər.Yürüş zamanı təhlükəsizliyi təmin etmək məqsədi ilə tədbir tam başa çatanadək qeyd olunan marşurut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Yürüş Bayraq meydanından Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz vağzalınadək daha sonra Azadlıq meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsilə geriyə, Qənimətlər parkı yanından keçərək -Y.Səfərov - A.Cəlilov küçələri kəsişməsindən, Cavanşir körpüsü, Ü.Hacıbəyov küçəsi, Azadlıq prospekti , Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti,Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə Bibi Heybət yolu ilə, Su idmanı sarayı ətrafından Bulvar ərazisilə Bakı Kristal zalı yanından Bayraq meydanında finiş nəzərdə tutulub.

Odur ki, keçirilən tədbirin əhəmiyyətini, iştirakçıların rahat və fasiləsiz yürüşünün təşkil edilməsi məqsədilə xahiş edilir ki, bu istiqamətlərə doğru bütün növ nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb alternativ variantlara əvvəlcədən üstünlük versinlər."

PRESS.AZ : Zeynab Hüseyn

Oxşar xəbərlər
OTACI