Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azov" alayı Mariupolda rusları belə məhv edir - VİDEO

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Genişmiqyaslı müharibənin 78-ci günündə, tam mühasirə şəraitində, son dərəcə çətin vəziyyətə, sursat çatışmazlığına və çoxlu sayda yaralıya baxmayaraq, "Azov" alayının döyüşçüləri "Azovstal" zavodunda düşməni əvvəllər ələ keçirdikləri mövqelərdən darmadağın etməkdə davam edirlər".

Press.az redaktor.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayanın Rusiya ordusunun mühasirəsində olan Mariupol şəhərindəki "Azov" alayının son paylaşımında bildirilir.  

Qeyd olunub ki, Mariupolun müdafiəçiləri düşmənin daim təyyarə, dəniz və artilleriya, tank və digər silahlardan istifadə etməsinə baxmayaraq, mümkün olmayanı edərək düşmən mövqelərinə hücum edir.

"Əsgərlərimizin Ukrayna uğrunda və şəxsi heyətin həyatının qorunması uğrunda mübarizəsi hər şeyə rəğmən davam edir", - deyə "Azov" bəyan edib.

Oxşar xəbərlər
OTACI