Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fərid Qayıbov: "Nazir olandan sonra dostlarımın sayı artıb"

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna normal baxıram".

Bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, indi də küçədə əvvəlkitək rahat gəzə bilir: "Sadəcə, qapalı yerlərdə bir az çətinlik olur. Bu da normaldır. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirəndə oğlum daha çox sevinir".

F.Qayıbov hər həftənin çərşənbə günü digər nazirlərlə futbol oynadığını söyləyib: "Mayın 15-də Bakı marafonunda iştirak edəcəyəm. İdman naziri kimi deməliyəm ki, idmanla məşğul oluram (gülür)".//report

Oxşar xəbərlər
OTACI