First slide

"Barselona" Koutinyonu satdı - Rəsmi

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Barselona" Filippe Koutinyonu "Aston Villa"ya birdəfəlik satıb.

Press.az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb.

Premyer Liqa klubu bu keçidə görə "Barselona"ya 20 milyon avro ödəyəcək. 

Qeyd edək ki, "Barselona" Koutinyonu qış transfer pəncərəsi zamanı "Aston Villa"ya icarəyə vermişdi. Braziliyalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinin heyətində 16 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər
OTACI