Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

""Qarabağ" mənim üçün ən adlı-sanlı klubdan da dəyərlidir" - Qurban Qurbanov

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubu ilə müqaviləni yeniləməsindən danışıb.

Press.az xəbər verir ki, o, bu gün "Sumqayıt"la keçirilən oyundan (5:0) sonrakı mətbuat konfransında fikirlərini bildirib.

Qurbanov "Keçmişdə başqa klublardan təklif almısız və ya gələcəkdə xarici klublarda işləmək istəyərsiz? sualını cavablandırarkən ancaq "Qarabağ" haqda düşündüyünü deyib:

"Təklif yox, maraqlanmamışam da. Həmişə demişəm ki, mənim üçün vacib olan “Qarabağ”dır. Mənim üçün “Qarabağ”ın dəyəri daha böyükdür, nəinki digər istənilən klubun. Hətta ən adlı-sanlı klub da olsa. Ona görə də mən burada ola-ola, bu məsuliyyəti daşıdığım halda hər hansı bir klubu düşünmürəm. Gələcək üçün də “Qarabağ”ı düşünürəm. Başqa bir fikrim yoxdur". 

Xatırladaq ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran 50 yaşlı mütəxəssisin Ağdam klubu ilə müqaviləsi daha 3 il uzadılıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI