Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əməkdar incəsənət xadimi vəfat etdi

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar incəsənət xadimi, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının 90 yaşlı üzvü Musa Bağırov vəfat edib.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Musa Ağabəy oğlu Bağırov 10 may 1932-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.

Oxşar xəbərlər
OTACI