Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lionel Messi ilin ən çox qazanan idmançısı oldu

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın “Paris Sen-Jermen” klubunun və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi “Forbes” jurnalının versiyasına görə son 12 ayda ən yüksək qazanc əldə edən idmançıların reytinqinə başçılıq edir.

Məlumata görə, hesabat dövründə o, 130 milyon dollar qazanıb ki, bunun da 75 milyon dolları əmək haqqı, qalanı (55 milyon dolları) sponsorluq müqavilələrindən əldə olunan gəlirdir. Eyni zamanda, jurnal qeyd edir ki, Messinin PSJ-dəki gəliri ötən il “Barselona”dakı qazancından 22 milyon dollar az olub.

Reytinqdə ikinci pillədə 121,2 milyon dollarla (41,2 milyon dollar məvacib + 80 milyon dollar digər gəlirlər) “Los Angeles Lakers”ın amerikalı basketbolçusu LeBron James, üçüncü yerdə isə 115 (60+55) milyon dollarla “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu qərarlaşıb.

Qeyd edək ki, “Forbes”un məlumatları idmançıların 2021-ci il mayın 1-dən 2022-ci il mayın 1-dək olan dövr ərzində əldə etdikləri gəlirlərə əsaslanır.

//Oxu.az

Oxşar xəbərlər
OTACI