Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Evin tək oğlu olan şəhidin qardaşı doğuldu

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi şəhidi Elxan Rzayevin qardaşı dünyaya gəlib. Valideynləri yeni doğulan körpəyə qardaşının adını veriblər.

Bu haqda paylaşımı sosial şəbəkə hesabında millət vəkili Kamal Cəfərov edib.

“İkinci Qarabağ müharibəsi şəhidi Elxan Rzayev evin tək oğlu idi və nişanlı idi. Atası Aris dayı oğlunun toy mərasimi üçün də bütün hazırlığını görmüşdü. Elxan ali təhsilli idi, Qaraqaşlı kənd orta məktəbində informatika dərsi deyirdi. Hər bir şəhid ailəsində olduğu kimi, Elxanın da evində həmişə dərin hüzün var idi.

Bir neçə ay bundan əvvəl şəhidimiz Elxanın atası Aris dayı dedi ki, xoş xəbər var, yaxın zamanda Elxanın qardaşı dünyaya gələcək. Elxanın qardaşı apreli 29-u dünyaya göz açdı və adını da Elxan qoydular. İnşallah adına da layiq övlad olacaq”, - deyə deputat qeyd edib.

Qeyd edək ki, Elxan Rzayev Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. Elxan Rzayev Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 

//Qazet.az

Oxşar xəbərlər
OTACI