Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şabranda kanalda batan şəxsin meyiti TAPILDI

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şabranda kanalda batan şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyə daxil olan məlumat əsasında Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun axtarışları başa çatıb.

A.İsayevin meyiti kanalın Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 25 kilometr aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Press.az

Oxşar xəbərlər
OTACI