Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yunanıstanda LGBT üzvlərinə bunu etmək qadağan edildi

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

LGBT uşaqlarını normal vəziyyətə qaytarmağa qadağan edildi.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, bununla bağlı Yunanıstanda qərar verilib.

Yunanıstan parlamenti LGBTİQ+ şəxsləri üçün "konversion terapiyası”nı qadağan edən yeni qanunu təsdiqləyib. Övladlarının LGBT oriyentasiyası olduğunu öyrənən ailələrin də tətbiq etdiyi normallaşdırma terapiyasına qadağa qoyulub.

Yunanıstan parlamentinin təsdiq etdiyi qanun layihəsinə əsasən, qanunu pozanları cərimə və həbs gözləyir. Qanun layihəsi bu cür proqramların reklamını da qadağan edir.

Hökumət həmçinin əsasən mühafizəkar ölkə olan Yunanıstanda gender bərabərliyini təşviq edən islahatlara dair 2025-ci ilə qədər milli strategiya hazırlayıb. 

Onu da qeyd edək ki, "Konversion terapiya” psixoloji və ya mənəvi müdaxilələrdən istifadə edərək fərdin cinsi oriyentasiyasının homoseksual və ya biseksualdan heteroseksuala çevrilməsi təcrübələrinə verilən addır.

Oxşar xəbərlər
OTACI