First slide

Jurnalist Zeynəb Kazımovaya vəzifə verildi

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zeynəb Kazımova Bakı Slavyan Universitetinin (BSU) yeni yaradılmış Mətbuat və informasiya mərkəzinin müdiri təyin edilib.

Bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

"Bakı Slavyan Universitetinin yeni yaradılmış Mətbuat və informasiya mərkəzi həm sözügedən ali təhsil ocağının media ilə əlaqələrini, həm BSU TV və radiosunun fəaliyyətini, həm də bu Mərkəzin iş planına uyğun olaraq, müvafiq layihə və təlimləri koordinasiya edəcək. Bu fəaliyyətin peşəkar və yüksək səviyyədə həyata keçirilməsi üçün əziz həmkarlarım, media nümayəndələri - sizinlə əməkdaşlığımız, ünsiyyətimizin hər zamankı kimi yüksək səviyyədə olacağına əminəm. Bundan əvvəlki qurumlarda olduğu kimi, burada da təmsil etdiyim qurumun nüfuzunun qorunması, media ilə işin yüksək səviyyədə qurulması, işə peşəkarlıqla və vicdanla yanaşılması prinsiplərinə sadiq qalıram. Hər zamankı kimi, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə, vicdanla gələrək, xalqıma, dövlətimə faydalı olmağı davam etdirəcəyəm", - Z.Kazımova qeyd edib.

Qeyd edək ki, o, vaxtilə Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində, Dövlət Gömrük Komitəsinin Akademiyasında, Hesablama Palatasında çalışıb.//pravda.az

Oxşar xəbərlər
OTACI