Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

32 yaşlı kişi su arxına düşdü, yardım çağrıldı

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağcabədidə bir nəfər su arxına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Press.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1990-cı il təvəllüdlü Rəhimov Əziz Rüstəm oğlunun ayağına su arxında dəmir parçası bataraq köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə zərərçəkmişə lazımi köməklik göstərərək su arxından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əməliyyat görüntülərini təqdim edirik:

Oxşar xəbərlər
OTACI