First slide

Ağır xəstəlikdən əziyyət çəkən aktyor yığılan puldan imtina etdi - VİDEO

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu mənim içimdən gəlir. Pulun tam yığıldığını biləndə, özünüz də evdəki çığırtımın şahidi oldunuz. 15 saniyəyə bütün qonşular bizim həyətə toplaşdılar. Süfrələr açıldı, çaylar içildi. Hətta rayondan belə qonaqlar gəldi. Onlar gecə saatlarına qədər oturdular. Hamı gedəndən sonra mən tək qaldım.

Oğlum İltifatın otağına daxil oldum. Gördüm ki, o mışıl-mışıl yatır. Ona baxa-baxa sizin verilişə gəldiyim gündən həmin saniyəyə qədər nələr yaşamışam, neçə çığırmışam, sevinmişəm. Hamısı gözümün önündən lent kimi getdi”.  

Bu sözləri qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev "Səni axtarıram” verilişində deyib.  

Elvin onun üçün yığılan 50 min dollar puldan imtina edib. O, pulu xəstəlikdən əziyyət çəkən və verilişə pənah gətirən uşağın müalicəsinə verəcəyini açıqlayıb.  

"Mən bu xəstəliyə yoluxandan sonra çiyələk, cem və çörək yeməyə başladım. Cem çörəklə oğluma yaxınlaşdım. Bir dişlək alandan sonra gördüm ki, o cem çörək mənə şirin gəlmədi. Mənim 36 yaşım var.

Neçə-neçə bayramlar görmüşəm. Xarici ölkələr gəzmişəm. Amma xəstəliklərdən əziyyət çəkən körpələr heç nə görməyiblər. Mənimki bura qədər imiş. Bu pulu təqdim edirəm Ceyhuna. Qoy, o uşaq yaşasın”.  

Lakin Ceyhunun ailəsi bu pulu qəbul etməyib. Onlar aktyorun bu addımını həssaslıqla qəbul edib, tezliklə sağalmasını diləyiblər.  //bizim media

Oxşar xəbərlər
OTACI