Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski AÇIQLADI: Bu baş versəydi, müharibə olmayacaqdı

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna NATO-ya qəbul edilsəydi, müharibə olmazdı. 

Press.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski Fransa universitetlərinin tələbələri ilə keçirilən videokonfrans zamanı deyib. 

"Təəssüf ki, NATO-nun müharibədən əvvəlki alyansda Ukraynaya yer tapmaması səhvdir. Əgər Ukrayna NATO-ya daxil olsaydı, müharibə olmazdı”, - deyə o bildirib. 

İsveç və Finlandiyanın NATO-ya üzv olmaq niyyətinə gəlincə, Zelenski öz seçimlərini etdiklərini və Rusiyanın onları NATO-ya üzv olmağa sövq etdiyini deyib: 

“Məncə, İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsi ilə motivasiya edilib”. 

Zelenski vurğulayıb ki, bu gün sivil ölkələr təhlükəsiz yaşamaq və Rusiyadan qorunmaq istəyirlər. 

Ukrayna prezidentinin sözlərinə görə, Rusiya üçün NATO məsələsi Ukraynaya hücumun səbəblərindən yalnız biri olub:

"Bizi dövlət, xalq, millət saymırlar. Dövlətimizə 100 faiz təsir etmək istəyirlər”.

Xatırladaq ki, fevralın 24-də Rusiya heç bir səbəb olmadan Ukraynaya hücum edib, dinc şəhər və qəsəbələri kütləvi şəkildə bombalamağa başlayıb.

Oxşar xəbərlər
OTACI