Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avroliqa və Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Liqasının və Konfrans Liqasının 2021/2022 mövsümünün final oyunlarına hakim təyinatlarını açıqlayıb.

Press.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avroliqanın həlledici görüşünü -  "Ayntraxt" (Frankfurt) - "Reyncers" matçını sloveniyalı hakimlər briqadası idarə edəcəklər. Baş hakim Slavko Vinçiç, yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç, dördüncü referi isə serbiyalı Srcan Yovanoviç olacaq.  Mayın 21-i Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Konfrans Liqasının finalında "Roma" - "Feyenoord" matçını rumıniyalı İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri qismində Vasile Florin Marinesku və Mixay-Ovidiu Artene köməklik edəcəklər. Dördüncü hakim vəzifəsini isə isveçrəli Sandro Şerer yerinə yetirəcək. Mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada olacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI