Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ata xəstə qızına nadinclik etdiyi üçün işgəncə veribmiş - YENİLƏNİB + FOTO

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mingəçevirdə atası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı əqli qüsurlu qızın çəkdiyi əziyyətlər qonşularını da hiddətləndirib.

Press.az-ın Bizim.Media-ya istinadən məlumatına görə, beşuşaqlı ailə yanvar ayından şəhərin Samux küçəsində yerləşən fərdi təsərrüfatlardan birində kirayədə yaşayıb.

Usta kimi çalışıb ailəsini dolandıran Ülman Bədəlovun qonşularla sıx münasibəti olmayıb.

Bozdağın yamacına bitişik həyətdə baş verən qəribə hadisə ilk olaraq qonşuların diqqətini cəlb edib. Məlum olub ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. 

Tükürpədici hadisədən danışan qonşu Firuzə Səfərova gördüklərindən dəhşətə gəldiklərini deyir: 

“Üzü dağa sarı gedib-gələn hər kəs son günlərdə ailənin 19 yaşlı qızının kəndirlə dirəyə bağlı olduğunun şahidi olub. Öncə qonşular nə baş verdiyini anlamasa da, sonradan bu zorakılığın davamlı olduğunu anlayıb. Təsəvvür edin, yağışın, suyun altında ata öz balasını bütün günü dəmir dirəyə bağlı saxlayır. Öyrəndik ki, qızın psixoloji problemləri var. Məgər xəstəxana yoxdur ki, bir ata öz övladını orada müalicə etdirmək əvəzinə, kəndirlə dirəyə bağlı saxlamaqla min bir əziyyət verir? Bu, insanlığa və atalığa sığmayan vəhşilikdir. Məcbur olan qonşular dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırmağa qərar verdilər”. 

Ailəyə yaxın bir başqa şəxsin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmiş. 

Qeyd edək ki, işgəncələrə məruz qalan Nuranə Bədəlova isə həkim nəzarətinə götürülüb.

12:48

Mingəçevirdə qızına işgəncə verən ata həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan, 2003-cü il təvəllüdlü A.M.-in atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1978-ci il təvəllüdlü N.M.-in psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb.

N.M. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

Oxşar xəbərlər
OTACI