Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Çempionlar Liqasının finalında heç bir sirr olmayacaq" - Ançelotti

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının  finalında "Liverpul"a qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Press.az "Marca"ya istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisini yaxşı tanıdığını deyib: "Çünki onlarla son dörd ildə "Napoli" və "Everton"un baş məşqçisi kimi iki dəfə qarşılaşmışam.  “Liverpul” da məni yaxşı tanıyır. Çempionlar Liqasının finalında heç bir sirr olmayacaq. "Real" və Liverpul bir-birini yaxşı tanıyır.

Biz zədə almamaq üçün oyunçuları heyətdən çıxarmayacağıq. Rəqabət ruhu itirilsə, Çempionlar Liqasında yaxşı heç nəyə səbəb olmayacaq. Futbolçular ən yaxşı formada olmalıdırlar”.

Qeyd edək ki, "Real" və "Liverpul" arasında Çempionlar Liqasının finalı mayın 28-də keçiriləcək. Fransadakı “Stad de Frans” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI