Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeniyetmə yunan-Roma güləş millimiz Türkiyədə çempion oldu - FOTO

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Victory Cup” turnirinə yekun vurulub.

Ənənəvi yarışın son günündə yığma üzvləri 11 medal qazanıb. Bunlardan 5-i qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olub.

Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq) və Seymur Qasımov (65 kq) çempion olub. Əli Əlizadə (65 kq) ikinci, Tural Əhmədovla (55 kq) İsmayıl Rzayev (80 kq) isə üçüncü yeri tutub. Ümumilikdə turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında birinci yeri tutub.

Sərbəst güləşdə Vasif Bağırovla (48 kq) İlyas İsayev (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Şəmistan Axundov (80 kq) gümüş medalı boynundan asıb. Ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən millimiz komanda hesabında 3-cü yeri tutub.

Qadın güləşində sonuncu gündə 1 dəst medal qazanılıb. Elvina Kərimzadə (43 kq) çempion olub. Ruzanna Məmmədova (49 kq) ikinci, Fatimə İsayeva (65 kq) isə üçüncü pillədə qərarlaşıb. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxan müvafiq yığmamız komanda hesabında 3-cü yeri tutub.

Beləliklə, üç gün davam edən turnirdə güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıb.

//Oxu.Az

Oxşar xəbərlər
OTACI