Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mayın 9-da qeydə alınan dörd “sıfır”ın RƏSMİ İZAHI

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mayın 9-da koronavirusla bağlı vaksinasiyaya dair məlumatda peyvənd göstəricilərinin sıfır olması göstərilib. Göstəricilər sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Həmin gün üzrə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınmışdı, 2 nəfər isə müalicə olunaraq sağalmışdı. Ölən isə olmamışdı.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Bildirilib ki, əsas hədəf epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılması olan vaksinasiya strategiyasının həyata keçirilməsidir:

“Hazırda ölkə ərazisində uğurla davam etdirilir.  Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçiləri və risk qrupunda olan insanlar da daxil olmaqla əhalinin böyük əksəriyyəti ən az iki doza vaksin olunub. 

//Oxu.Az

Oxşar xəbərlər
OTACI