Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərsu qrum rəhbərləri Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edəcək

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 may 2022-ci il tarixində Göygöl rayonunda, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-dan başlayaraq Göygöl rayon Sukanal Sahəsinin inzibati binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Göygöl və Daşkəsən Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected]elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Oxşar xəbərlər
OTACI