Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FIFA prezidenti "Qarabağ"ı təbrik etdi

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FIFA-nın prezidenti Canni İnfantino "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Press.az fanat.az-a istinadla xəbər verir ki, dünya futbol təşkilatının rəhbəri təbrik məktubunu AFFA-nın Rövnəq Abdullayevə ünvanlayıb. 

Assosiasiyanın mətbuat xidmətinin yaydığı məktubda bunlar qeyd edilib:

"Cənab Rövnəq Abdullayev
Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Sürix. 10 may 2022-ci il

Hörmətli prezident,

“Qarabağ” FK-nı 2021/2022-ci il mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!

Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticəyə nail olmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın.

Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropa futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.
Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm.

Hörmətlə,
Canni İnfantino"

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI