Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu kəndlər Azərbaycana qaytarılacaq - RƏSMİ AÇIQLAMA - VİDEO

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.

Press.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O vurğulayıb ki, həmin kəndlər Azərbaycan əraziləridir.

Nazir müavini Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına da diqqət çəkib: ''Azərbaycan sülh gündəliyini ortaya qoyub, bu məsələdə israrlıdır və bu istiqamətdəki səyləri dəstəkləyir. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır''.

Oxşar xəbərlər
OTACI