First slide

“Çevrilişin bəhrəsi olan konstitusiyadan xilas olmağın vaxtı çatıb” - Ərdoğan

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İradə nümayiş etdirməyin və xalqımızı 12 sentyabr varislərinin ruhunu hopduran, çevrilişin bəhrəsi olan mövcud konstitusiyadan xilas etməyin vaxtı çatıb. Biz ölkəmizi mütləq, sivil, azad konstitusiyaya çatdıracağıq".

Press.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri çıxışı zamanı yeni konstitusiyanın qəbul olunmasının əhəmiyyətindən söz açıb. Bildirib ki, rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə dəfələrlə yeni konstitusiyanın qəbulunu təklif edib:

“Üstəlik, biz bütün partiyaların bərabər şəkildə təmsil olunduğu yeni fundamental qanun layihəsinə baxılması üçün komissiya yaratmağı təklif etmişdik, lakin müxalifət partiyalarının fərqli mövqeyi ucbatından bütün cəhdlərimiz boşa çıxdı”.

Türkiyə Prezidenti xatırladıb ki, AKP 2021-ci ildə müxalifətin müvafiq təkliflərinə əsaslanaraq, yenidən konstitusiya qəbulu təşəbbüsü ilə çıxış edib: “O vaxtdan bəri bizə heç bir mətn daxil olmayıb, ona görə də hazırlığımızı dayandırmaq məcburiyyətində qaldıq".

Ərdoğan Türkiyən Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümünün qeyd olunacağı 2023-cü ilə qədər yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Oxşar xəbərlər
OTACI