Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqbulda sel körpünü uçurdu - 7 kəndlə əlaqə kəsilib

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabul rayonunda son günlər intensiv yağan yağışların əmələ gətirdiyi sel suları Udulu kəndi ərazisindən keçən Pirsaat çayı üzərindəki körpünü yenidən uçurub.

Press.az xəbər verir ki, yerli sakinlərin Bizim.Media-nın cənub bürosuna verdiyi məlumata görə, ötən gün axşam saatlarında sel körpünü yuyubmuş. Bundan sonra körpü təmir edilsə də, bu gün yenidən uçub.

Körpünün uçmasından sonra 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hacıqabil Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözü gedən kəndlərlə əlaqə yaratmaq üçün Tağlı kəndindən alternativ yol kimi istifadə olunur.

Artıq çayın üzərində yeni körpünün tikintisinə başlanılıb.

Oxşar xəbərlər
OTACI