Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda əcnəbilərin ən çox qaldığı şəhər və rayonlar hansılardır?

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il Azərbaycan mehmanxanalarında əcnəbilərin gecələmə sayı 2,8 dəfədən çox artıb.

Press.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin birinci rübündə əcnəbilər 108 366 dəfə mehmanxanalarda gecələyib. Ötən ilin birinci rübü ilə müqayisədə gecələmələrdə 69 986 say artım qeydə alınıb ki, bu da 182 faiz artım deməkdir.

Əcnəbilərin böyük hissəsi Bakı şəhərində olan mehmanxanalarda yerləşib və onların ümumi sayı 83 mini ötüb. Paytaxtda yerləşən əcnəbilərin gecələmə sayında 2,55 dəfə artım baş verib.

Bakıdan kənarda əcnəbilərin daha çox üz tutduğu rayon Qusardır. Birinci rübdə Qusar mehmanxanalarında əcnəbilər 10 450 dəfə qalıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artım deməkdir.

Birinci rübdə əcnəbilər Qəbələdə 5 145 dəfə (6,3 dəfə artım), Quba 3 077 dəfə (17,2 dəfə artım), Naftalan şəhərində 2 155 dəfə (6,7 dəfə artım), Şabran rayonunda 1 267 dəfə (1,8 dəfə artım) gecələyib.

Naxçıvan Muxtar Respublikasında isə birinci rübdə əcnəbilər 1 692 gecə (2,72 dəfə) qalıb.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Sumqayıtda əcnəbi qalmayıb. Üçüncü ən böyük şəhər olan Gəncədə isə əcnəbilər cəmi 70 dəfə gecələyiblər.

Ümumilikdə, mehmanxanalarda 108 mindən çox əcnəbi qalıb və onlardan xidmət haqqı kimi 17,1 milyon manat alınıb.

Oxşar xəbərlər
OTACI