Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Litva Seymi Rusiyanın Ukraynaya təcavüzünü soyqırımı kimi TANIDI

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kreml rejimi Ukrayna xalqını məhv etməyə çalışır, ona görə də bu cür hərəkətlər soyqırım kimi tanınmalıdır və Rusiya terrorizmi dəstəkləyən və həyata keçirən dövlətdir”.

Bu barədə Litva Seyminin qəbul etdiyi qətnamədə deyilir.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri və muzdluları Ukrayna ərazisində, xüsusilə Buça, İrpen, Mariupol, Borodyanka və Qostomel şəhərlərində kütləvi hərbi cinayətlər törədiblər.

Sənəddə vurğulanıb ki, məqsəd Ukrayna xalqını tam və ya qismən məhv etməklə ruhunu sındırmaqdır:

“Litva Seymi Rusiya Federasiyası Silahlı Qüvvələrinin və onun siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı 2022-ci il fevralın 24-də başlanmış genişmiqyaslı silahlı təcavüzünü Ukrayna xalqının soyqırımı kimi tanıyır”.

Həmçinin qeyd olunub ki, bütün günahkarlar məsuliyyətə cəlb edilməli və beynəlxalq ictimaiyyət Rusiyanın suveren Ukraynaya qarşı təcavüzünü araşdırmaq və qiymətləndirmək üçün Xüsusi Beynəlxalq Cinayət Tribunalını yaratmalıdır.

“Silahlı Qüvvələri qəsdən və sistemli şəkildə mülki obyektləri bombardman üçün hədəf seçən Rusiya Federasiyası terrorçuluğu dəstəkləyən və həyata keçirən dövlətdir”, - qətnamədə vurğulanıb.

Qeyd edək ki, Seym deputatları müvafiq qətnaməni yekdilliklə qəbul ediblər.

//Redaktor/az

Oxşar xəbərlər
OTACI