Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Çörək almısan ki, əl dəyəsən?” dediyi üçün atasını döydü

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qubada atasını döyən şəxs cinayət məsuliyyətindən azad olunub.

Press.az xəbər verir ki, kriminalqafqaz-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralında rayonun Timiryazev qəsəbəsində baş verib. Belə ki, 36 yaşlı Romik Xudiyev (soyad şərtidir) atası Sevindik Xudiyevin (soyad şərtidir) sağlamlığına zərər yetirib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Romik Xudiyev deyib ki, etdiyi əməldən peşmandır:

“Evdə atam, mən və mərhum qardaşımın ailəsi ilə birlikdə yaşayırıq. Hadisə baş verən gün, səhər saat 4 radələrində sərxoş halda evə gəldim. Mətbəxə keçib çörək yemək istəyəndə qapının kilidli olduğunu gördüm. Qapını itələyib açmaq istəyəndə atam gəlib qışqırdı ki, “çörək almısan ki, əl dəyəsən?” Bundan sonra aramızda mübahisə yarandı və bu zaman mən onun sifətinə bir neçə zərbə endirdim. Hazırda onunla barışmışıq”.

Sevindik Xudiyev məhkəmədə iştirak edə bilmədiyindən onun ifadəsi elan olunub. O bildirib ki, oğlu onun üzünə yeddi-səkkiz dəfə yumruq zərbəsi vurub:

“Heç yerdə işləmir. Qazandığı pulu da ancaq içkiyə verir. Ailəyə maddi cəhətdən köməklik göstərmir. Gəlinim yeməkxanalarda işləyərək ailəni dolandırır. Hadisə baş verən gün səhər saatlarında evə sərxoş halda gəldi. Mətbəxin qapısını qırıb içəri girmək istəyirdi. Mən ona iradımı bildirəndə isə qollarımdan tutaraq divara çırpdı. Sonra isə üzümə zərbələr endirdi”.

Atası oğlundan şikayətçi olmadığına görə məhkəmə icraata xitam verib və Romik Xudiyev cinayət məsuliyyətindən azad olunub.

Oxşar xəbərlər
OTACI