First slide

Xələf Xələfov Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinə aydınlıq gətirdi

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.

Press.az apa-ya istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır.

"Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil.

Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq".

Oxşar xəbərlər
OTACI