Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Eldar Əzizov: “Bakı Nəqliyyat Agentliyi ilə bağlı yeni qərar qəbul olunub”

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də islahatlar gedir. Təbii ki, vaxt lazımdır”.

Press.az report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

“Yeni qərar qəbul olunub. Bu gün Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifə bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti.

Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə başlayacaq. Hər halda, əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”, - E.Əzizov vurğulayıb.

Oxşar xəbərlər
OTACI