First slide

Putin: "Biz böyük müharibə istəmirik"

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiya yeni qlobal müharibə istəmir”.

Press.az ölkə.az-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin  İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlubiyyətinin 77-ci ildönümü münasibətilə dünən Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında 9 May Qələbə Günü hərbi paradında çıxışı zamanı deyib. O, Ukraynada baş verənləri Qərbin Rusiyaya qarşı müharibəsi ilə müqayisə edib:

“ABŞ və NATO-dakı tərəfdaşları, xüsusən SSRİ-nin dağılmasından sonra bütün dünyaya öz mülkləri kimi baxmağa başladılar. Suveren və müstəqil Rusiya onların ssenarilərini qəbul edə bilmədi. Aramızda olan bütün ciddi fikir ayrılıqlarına və bir sıra problemlərə baxmayaraq, biz böyük müharibənin başlamasını istəmirik. Biz İkinci Dünya Müharibəsi kimi qlobal münaqişənin baş verməsini istəmirik”,- deyə o bildirib.

Rusiya lideri həmçinin Qərbə nüvə müharibəsi başlamaq niyyətində olmadığını işarə edib.

Oxşar xəbərlər
OTACI