First slide

Qida borusu xərçənginin əlamətləri AÇIQLANDI

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Britaniya Milli Sağlamlıq Xidməti özofagus(qida borusu xərçəngi) xərçənginin əsas əlamətlərini sadalayıb.

Press.az lent.az-a saytına istinadən xəbər verir ki, onların bunun həzm sisteminin digər orqanları ilə bağlı problemlərlə səhv salına biləcəyini qeyd edib. 

Özofagus xərçənginin mümkün əlamətlərindən biri udmada yaranan çətinlikdir. Digər simptomlar müntəzəm ürəkbulanma və ürək yanmasıdır. Digər simpton isə həzm problemləri ola bilər.

Hər halda bu simtomlar aşkar edilərsə, mütəxəssislər həkimə müraciət etməyi məsləhət görürlər.

Həmçinin, uzun müddət davam edən və ya yemək yeməyə çalışdığınız zaman yaranan öskürək özofagus xərçəngindən qaynaqlana bilər.

“Xərçəng yemək borusundan qanaxmaya səbəb olarsa, nəcisiniz daha tünd - demək olar ki, qara ola bilər. Bununla belə, bu nadir haldır”, - deyə Britaniya Milli Sağlamlıq Xidmətinin həkimləri əlavə edib. 

Həmçinin, nadir hallarda, özofagus xərçəngi ilə xəstənin səsi dəyişə bilər. 

Oxşar xəbərlər
OTACI