Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqabulda güclü sel körpünü DAĞITDI

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub.

Press.az Report.az-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib.

Kənd sakinlərinin bildirdiyinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında müvəqqəti olaraq əlaqəsi kəsilib.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq həmin əraziyə müxtəlif təyinatlı texnika cəlb edilib, lazımi tədbirlər görülüb. Körpü artıq bərpa edilərək istifadəyə verilib.

Oxşar xəbərlər
OTACI