Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Konqonun İturi əyalətində qızıl mədəninə hücum nəticəsində azı 50 nəfər həlak olub

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Press.az İHA-ya istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasının İturi əyalətinin Mambilidei şəhərində Konqo İnkişaf Kooperativinin (CODECO) üzvləri qızıl mədəninə hücum ediblər.

İturi Əyalət Vətəndaş Cəmiyyəti Qrupları koordinatoru Jean Bosco hücumdan sonra verdiyi açıqlamasında deyib ki, ən azı 50 mülki vətəndaş öldürülüb. "Evlər yandırıldı. CODECO milisləri qətliam törədib"- o, qeyd edib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin məlumatına görə, CODECO 2021-ci ildə 400-dən çox insanın ölümünə səbəb olub. Hökumət 2021-ci ilin may ayında İturi və qonşu Şimali Kivu əyalətindəki hücumlar səbəbindən hər iki şəhərdə hərbi vəziyyət elan edib.
 

Oxşar xəbərlər
OTACI