First slide

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdilər - FOTO

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3 751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.

DTX-dən verilən məlumata görə, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə qalxıblar.

“Ümummilli liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldılıb”, - qeyd olunub.

Oxşar xəbərlər
OTACI