Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polisə qarşı nalayiq sözlər işlədən şəxs saxlanıldı

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş rayonunda polisə nalayiq ifadələr işlədən şəxs saxlanılıb.

Press.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 8-də saat 16 radələrində rayonun Maşat kəndi ərazisində VAZ-2115 markalı avtomobil manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini İlkin Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən edilib.

O, polisin qanuni tələbinə tabe olmayaraq, nalayiq ifadələr işlədib.

Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq, nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub və Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilib.

Oxşar xəbərlər
OTACI