"Borussiya"nın ulduz futbolçusu Erlinq Haalandın "Mançester Siti"yə keçidi yaxın günlərdə məlum olacaq.
Press.az offsideplus.az-ə istinadən xəbər verir ki, hər iki tərəf norveçli forvardın transferi üçün anlaşıblar.
Keçidin bu həftə içində açıqlanacaq.
Qeyd edək ki, Haaland bu mövsüm 29 matçda 28 qol və 7 məhsuldar ötürmə edib.