Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Mançester Siti" Sterlinqi bu kluba satır

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin vingeri Rahim Sterlinq karyerasını digər İngiltərə klubunda davam etdirə bilər.

İnformasiyanı "The Telegraph" yayıb.

Hücum xəttini gücləndirməyi planlaşdıran London "Arsenal"ının 27 yaşlı futbolçunu transfer etmək niyyətində olduğu açıqlanıb. 

Rahimin "şəhərlilər"lə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. İngiltərə millisinin üzvünün klubuyla yeni anlaşma ilə bağlı razılığa gələ bilmədiyini qabardan mənbə transferin baş tutmaq ehtimalının az olmadığını vurğulayıb. Futbolçunu 1 ildən sonra havayı buraxmaq istəməyən Mançester klubunun onun satışından gəlir əldə etməyi hədəflədiyi bildirilib.

2015-ci ildən MS-də çıxış edən Sterlinq bu mövsüm bütün turnirlərdə 41 matça çıxaraq 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 85 milyon avro ilə dəyərləndirir.//fanat.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI