"NATO ölkələri bizi eşitmək istəmədilər, bu isə o deməkdir ki, əslində onların başqa planları var idi və biz bunu görürük. Rus əsgərləri Donbassda təhlükəsizlik uğrunda döyüşürlər. Rusiya təcavüzə qabaqlayıcı cavab verdi, bu, yeganə düzgün qərar idi".
Press.az azxeber.com-a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin 9 May - Qələbə günündə çıxışı zamanı deyib.
Putin daha sonra qeyd edib: Donbass silahlıları və Rusiya hərbçiləri öz torpaqlarında döyüşür. Rusiya Qərbdən fərqli olaraq vətənə məhəbbətdən, imandan və ənənəvi dəyərlərdən heç vaxt vaz keçməyəcək".