Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda jurnalistə bıçaqlı hücum edildi - FOTO

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

Press.az xəbər verir ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng-Mərkəzinə müraciət edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar nazirliyə məlumat daxil olub, araşdırmalara başlanılıb.

Qeyd edək ki, Aytən Məmmədova Tovuzda 10 yaşlı Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesini işıqlandırır. 

Oxşar xəbərlər
OTACI