Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan - Türkiyə qardaşlığı əbədi və sarsılmazdır!

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan və Türkiyə xalqlarını bir-birinə bağlayan qədim tarixi köklər var.

Tarixə nəzər salsaq görərik ki, iki qardaş xalq və iki dövlət daima bir birinin yanında olmuşlar. Hər iki dövlətin tarixi qanlı və ağır müharibələrdən keçib, hər iki dövlət qurucuları- Ümummilli Lider Heydər Əliyev və Mustafa Kamal Atatürk, çox güclü siyasi xadim olmuşlar. Hər iki siyasi xadim birinci növbədə öz xalqını və Vətənini düşünmüşdür.

Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamına əsaslanan Azərbaycan -Türkiyə əməkdaşlığı cənab Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Bu gün iki qardaş ölkə hər sahədə uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr iki ölkənin dünyada söz sahibi olmasına imkan yaradıb. Hətta ötən il iyulun 15-də Mədəniyyət paytaxtımız Şuşa şəhərində imzalanan Şuşa bəyannaməsi  bir daha Azərbaycan və Türkiyə qardaşlığının necə möhkəm və sarsılmaz olduğunu sübüt etdi. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bütün Türkiyə "Can Azərbaycana canımız fəda" kəlamını söyləyərək ölkəmizin ədalətli mövqeyini müdafiə etdi. Azərbaycan da öz növbəsində hər zaman Türkiyənin yanında olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir”.    

Və sonda onu qeyd etmək istərdim ki, "İllər əsirlərə çevrilsədə yeni-yeni tarixlər yazılsada Azərbaycan - Türkiyə qardaşlığı tariximizdə silinməz iz qoyduğu kimi İlham Əliyev və Rəccəb Taip Erdoğan qardaşlığı da gələcək nəsillərə böyük bir qardaşlıq və dostluq tarixi yazır"!

Hörmətlə,
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi İsgəndərova Əzizə.

Oxşar xəbərlər
OTACI