Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

""Qarabağ"ın yeganə üstünlüyü rotasiyalar edə bilməsidir" - Rəşad Sadıqov

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azersun Arena"dakı matçlarımız uğurlu keçir. Futbolçularıma təşəkkür edirəm. Ağır qrafikdən çıxıblar".

Press.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Komandam bu gün uduzmaq istəmirdi. Kiçik epizodlarımız olsa da, yararlana bilmədik. Final öncəsi bu rəqibə uduzmamaq önəmli idi.

Bir epizodda top dirəkdən döndü, Anar Nəzirov da əla seyvlər etdi. Bizim üçün 1 xal yaxşı nəticədir. Ötən tur üstün oynasaq da, "Qəbələ"yə uduzduq. Bu gün məğlub olmamaq vacib idi".

R.Sadıqov hazırda kubokun finalını yox, çempionat oyunlarını düşündüklərini bildirib: "Vacib oyunlar keçiririk. Kubokun finalında da mübarizəli oyun gözləyirik. Amma qarşımızdakı rəqib "Qarabağ"dır. Yenə deyirəm, hələlik final haqqında düşünmürəm. Sadəcə, bilirəm ki, maraqlı görüş olacaq. Vaxtımız var. "Qarabağ"ın yeganə üstünlüyü rotasiyalar edə bilməsidir. Finala daha rahat hazırlaşırlar. Biz isə bütün gücümüzlə mübarizə aparırıq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI