Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yaxşı oyun göstərə bilmədik" - Qurban Qurbanov

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Xeyli sayda qol epizodlarımız oldu. Hətta top dirəkdən də döndü".

Press.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz baş çatan matçı belə şərh edib: "Heyətdə rotasiya etmişdik. 4-5 oyunluq yükləmədən sonra əsas heyət üzvlərində yorğunluq var idi. Bu gün az oynayanlara üstünlük verdik. Bədavi Hüseynov və Xayme Romeronun zədədən sonra ilk oyunları idi. Bu səbəbdən onları sonadək meydanda saxlamadıq. Özlərini yaxşı tərəfdən göstərdilər.

"Zirə" də uduzmaq istəmirdi. Komandamdan razı qaldım. Xal itirməyimiz başadüşləndir. Ötən mövsümdə də belə bir şey baş vermişdi. Uzun seriyadan sonra məğlub olacağımızı gözləyirdik. Bu gün yaxşı oyun göstərə bilərdik. Futbolçularım mövsüm ərzində ağır oyunlar keçirib. Rəqibi də qeyd etmək lazımdır. Qol buraxmamaq üçün hər şeyi etdi".

Q.Qurbanov kubokun finalında "Zirə" ilə keçiriləcək matç haqda isə bunları deyib: "Xeyli vaxtımız var. İnanıram ki, həmin oyuna optimal heyəti hazırlaya biləcəyik. Qarşıdakı matçlarda bəzi elementləri əldə etməyə çalışacağıq. Hər iki komanda üçün maraqlı görüş olacaq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI